"Təhsili irəli aparmaqdan ötrü ilk növbədə problemləri bilmək lazımdır. Biz bu problemləri söyləyirik".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı deyib.
Deputat bildirib ki, ilk növbədə problemləri yaradan səbəbləri bilməliyik:
"Həmin səbəbləri də söyləyirik. Bu problemlərin aradan qaldırılması yolları var. Onu da deyirik. Əgər problemlər, onları yaradan səbəblər və onu aradan qaldırmağın yolları deyilirsə, lakin problemlər davam edirsə, ortaya sual çıxır, günah kimdədir? Təhsil sahəsində dövlətin strategiyası dəqiq müəyyənləşdirilib və müvafiq sənədlər var. Ən müasir məktəblər tikilib, bütün ifrastruktur qurulub. Doğrudur, elə məktəblər var ki, onların təmirə və tikintiyə ehtiyacı var. Hesab edirəm ki, bizim təhsilimiz sağlamlaşdırılmalıdır. Tikilən müasir məktəblərdə dərslər yaxşı keçirilməlidir. Müəllimlərin sertifikatlaşdırılmasına getməliyik. Təhsilin keyfiyyətini yaxşılaşdırmağın yollarından biri budur. Dərslikləri keyfiyyətli yazmaq lazımdır. Dərsliklərin çoxu bərbad haldadır".
Anar Kəlbiyev