"Metronun "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb".
"Unikal" xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, təlimat qaydalarına uyğun baxış təyin edilib:
"Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb. Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək".