"Xidmət tərəfindən 2022-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 363 akt və 226 “İnzibati xəta haqqında Protokol” tərtib edilib".
"Unikal" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, 159 min 100 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 22 min 570 manat müəyyən edilib.
H.Əlizadə qeyd edib ki, 2022-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 130 yerli və 14 xarici vətəndaş saxlanılıb.