Yeni bir araşdırma, qlobal temperatur artımının indiki sürətlə davam edəcəyi təqdirdə 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizini itirə biləcəyini ortaya qoyub. 

"Unikal" xəbər verir ki, ABŞ alimləri yeni peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini aşkar ediblər.

Araşdırmaya rəhbərlik edən ABŞ-ın Karnegi Mellon Universitetinin buzlaq alimi David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişiklikləri araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə edilib və hər bir buzlaqın gələcəyi ayrı-ayrılıqda qiymətləndirilib.

Rounce bildirib ki, qlobal temperatur artımı davam edərsə, 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi və buzlaqların 68 faizi yox olacaq.

"Yer kürəsi öz ümumi buz kütləsinin demək olar ki, yarısını itirəcək və milyardlarla insana təsir edəcək", - o, qeyd edib.