Fransada Lion şəhər yaxınlığındakı Korbas həbsxanasından məhbus qaçıb. O, azadlığa çıxan kamera yoldaşına məxsus çantada gizlənib və həbsxana binasından çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, həbsxana rəhbərliyi məhbusun qaçmasından yalnız bir gün sonra xəbər tutub.
Qaçan məhbus 20 yaşlı Əhməd Elazığdır. O, bir neçə dəfə cəza çəkib, həmçinin ikiqat qətldə iştirakda və cinayətkar qrupla əlaqədə olmaqda ittiham olunur.
İnterpol 196 ölkədə onun haqqında beynəlxalq həbs qərarı verib.
Lion prokurorluğu bildirib ki, məhbus Lionun kənarındakı Sathonay-Camp şəhərində həbs olunub.
Ağarza Elçinoğlu