Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.
Mərkəzdən "Unikal"a verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:
1. C. Məmmədquluzadə “Anamın kitabı”
3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”
5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu
Qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.