Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 21 dekabr 2022-ci il tarixli 650 №-li sərəncamına əsasən 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası 2023-cü il yanvar ayının 5-dən fevral ayının 2-dək keçiriləcək.

"Unikal" xəbər verir ki, sessiya ərzində “Kompüter elmləri” ixtisası üzrə I kursda təhsil alan 6, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə II kursda təhsil alan 7 magistrant imtahanlarda iştirak edəcəkdir.

İlk imtahan 06 yanvar 2023-cü il tarixində I kursda təhsil alan magistrantlar üçün fənn müəllimi, t.ü.f.d., dos. Tahir Əlizadənin tədris etdiyi “Kompüter elmlərinin tarixi və metodologiyası” fənnindən keçirilib.  

Qış imtahan sessiyası ərzində keçiriləcək növbəti imtahanlar 09, 12, 13, 18, 23, 24, 27, 30 və 31 yanvar 2023-cü il tarixlərinə təyin edilib.