Türkiyə və Suriya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Faysal Mikdad çərşənbə günü, yanvarın 11-də Moskvada görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əs Şərq Əl-Avsat” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək. Nəşrin məlumatına görə, görüşün təşkilində Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib.
Moskvada keçiriləcək görüş Rusiya, Türkiyə və Suriya prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin birgə görüşünə zəmin yaradacaq.