Braziliyada 2022- ci ildə seçkidə uduzan eks-prezident Jair Bolsonaronun tərəfdarları paytaxtdakı konqres binasını ələ keçiriblər .

"Unikal" xəbər verir ki, etirazçılar Prezident Sarayını da ələ keçirə biliblər.

"Bolsonaronun radikal tərəfdarları Braziliyada nazirliklərin estakadasında hərbi polislə toqquşduqdan sonra Milli Konqresə basqın ediblər, antidemokratik aksiyaların iştirakçıları çubuq və daşlarla silahlanıb".

Senatın prezidenti Rodriqo Paçeko tvitter hesabında yazıb ki, Federal Dairənin qubernatoru İbanez Roça vəziyyətə nəzarət etmək üçün bütün polis aparatının səylərini cəmləşdirir. Federal Dairənin təhlükəsizlik qüvvələri kütləyə nəzarətdə iştirak edir, Konqresin Qanunvericilik Polisindən əlavə, təhlükəsizlik qüvvələri qaz və səs-küylü qumbaralardan istifadə edir.

Reuters yerli rəsmilərə istinadən yazır ki , ölkənin hazırkı prezidenti İnasio Lula Silva hazırda San-Paulu ştatında rəsmi səfərdədir.

2022-ci il yanvarın 1-də Lula da Silva and içərək üçüncü dəfə Braziliyanın prezidenti oldu. Səslərin 99,01 faizinin hesablanmasının nəticələrinə görə, Lula da Silva 50,84 faiz, onun rəqibi, ölkənin hazırkı prezidenti Jair Bolsonaro isə 49,16 faiz səs toplayıb. Bolsonaro hakimiyyəti Lula da Silvaya təhvil verməyə razılaşıb .