İranın Ərdəbil əyalətində sərnişin avtobusu aşıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə ağır xəsarət alıb.

Əraziyə xilasedici qüvvələr sövq edilib.  Qəzanın baş vermə səbəbi araşdırılır.