Ağstafada piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xətai kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.  Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov