Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.