Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.
AQTA-dan "Unikal"a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.
Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.