2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4 milyon 534,8 min sərnişin daşınıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sərnişin daşınmasında 85,4 faiz artım müşahidə olunub.
Qeyd olunan dövr ərzində dəmir yol nəqliyyatı ilə 17,0 milyon ton yük daşınıb, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 25,8 faiz artım qeydə alınıb.
Orta hesabla sutkada 376 vaqon yüklənmiş, 398 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.