"Ermənistan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qurumun ölkədə keçirdiyi təlimlərin əsassız olduğunu bildirib".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan Müdafiə Nazirliyi artıq KTMT-nin Birgə Qərargahına yazılı şəkildə məlumat verib ki, biz hazırkı vəziyyətdə Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik", o, ifadə edib. 

Ermənistan baş nazirinin sözlərinə görə, bu təlimlər 2023-cü ildə Ermənistanda baş tutmayacaq.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya Quru Qoşunlarının bölmələrinin Ermənistanda keçiriləcək KTMT sülhməramlı təlimlərinin iştirakçısı olacağını açıqlamışdı.

Gülayə Mecid