Qazaxıstanın Karaqandı şəhərində mənzildə təbii qazın partlaması nəticəsində 3 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Karaqandı Fövqəladə Hallar Şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə, təbii qazın partlaması yaşayış binasının 8-ci mərtəbəsində baş verib.
Hadisə yerinə gələn xilasetmə və tibb qrupları təbii qazın partladığı mənzildə 3 nəfərin cansız bədənini aşkarlayıb.
Mənzildən 2-si uşaq olmaqla 11 nəfər təxliyə edilib.