Rusiyanın Amur vilayətində naməlum şəxslər hərbi komissarlığın binasını yandırıb.
"Unikal"ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 11-də səhər tezdən Mağdağaçı kəndinin ərazisində baş verib. Kimliyi dəqiqləşməyən şəxslər binaya "Molotov kokteyli" atıblar.
Hadisə yerinə gedən yanğınsöndürənlər binaya yayılan yanğını söndürüblər.
Hüquq-mühafizə orqanları yanğın törədənlərin şəxsiyyətini müəyyənləşdirir.
Ağarza Elçinoğlu