İraqın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian deyib.

O bildirib ki, İraq rəsmilərinin Fars körfəzi yerinə Ərəb körfəzi adından istifadə edilməsinə etiraz edildiyini bildirib.

“İran xalqının Fars körfəzi sözünün dəqiq istifadəsi ilə bağlı narahatlığı İraq rəsmilərinin diqqətinə çatdırılıb”, - nazir qeyd edib.