BMT-nin sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür.

"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının BMT korpusu ilə əvəzlənməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

"Hər zaman müxtəlif səviyyələrdə işləyən əlaqələr var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Lakin aydındır ki, istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”, - deyə Peskov bildirib.

Yanvarın 10-da keçirilən mətbuat konfransında Paşinyan bəyan edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatı başa çatdıqdan sonra Ermənistan regiona beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

Gülayə Mecid