Rusiyada Daxili İşlər Nazirliyinin istintaq idarəsinin binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tomsk vilayətində baş verib.
Məlumata görə, qurğu yanvarın 12-də Kirovskaya küçəsindəki idarə binasının qapısında tapılıb.
Hadisə yerinə gələn istehkamçılar kustar üsulla hazırlanmış qurğunun təhlükəsiz olduğunu aşkarlayıb.
Hazırda polis qurğunu yerləşdirən şəxsin kimliyini müəyyənləşdirir.
Ağarza Elçinoğlu