Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.
Onu da qeyd edək ki, Şəhriyar Şəmşirli rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun qardaşıdır.