Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov təyinat alıb.

Qeyd edək ki, S.Səfərov bu təyinatadək Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.