SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin son iş günündə Neftçala sakinlərinin ixtiyarında olub.
"Unikal" xəbər verir ki, aksiyaya Qatılan Həsənov Natiq ilə Həsənov Rəhim yaşadıqları Bala Surra kəndinin qazlaşdırılmasını xahiş ediblər. Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Rüfət Quliyev fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Vətəndaşlara küçə qaz xəttinə qoşulma ilə bağlı şərtlər ətraflı şəkildə izah olunub.
Aksiyada səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.