Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib.
“Unikal” xəbər verir ki, müvafiq qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov imzalayıb.
Qərarla Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisinin Qəbul Sektoru şöbəsinin müdiri Rəşad Əhmədov işdən azad edilib.