Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb.
"Unikal" xəbər verir ki, hadisə Tomsk həbsxanasında qeydə alınıb.
Orada saxlanılan 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Ç.Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. Onun Bakıda və Rusiyada restoranları olub. 2008-ci ildə Rusiyada həbs edilən Ç.Əsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Ç. Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi.
Ç.Əsgərovun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq.