Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.

Araşdırma aparılır.