Səbail rayonu ərazisində “Gac” markalı avtomobildən içərisində 900 manat olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Kamran Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.