Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə, Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Gündüz Rəhimov Göyçay şəhərində kirayə evdə yaşayan həyat yoldaşı, Ucar rayon sakini Könül Rəhimovanın yanına gəlib, ailə-məişət zəmnində aralarında baş verən dava zamanı orada olan qayınanası, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Aynur Əliyevanı bıçaqlayıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və şöbənin istintaq bölməsində araşdırmalar davam etdirilir.
Şahnəzər Bəşirov