Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, yanvarın 16-ı saat 04 radələrində paytaxtın Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Gülnarə Qurbanovanın yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.