Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə bu gün saat 17:30 radələrində Qəbələ şəhərində qeydə alınıb. Sürücü Mahir Cabbarov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Qəbələ şəhər sakini, 1974-cü il təvəllüdlü Gülbahar Quliyevanı vurub. Yaralı təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov