Qazaxda mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov