Göygöldə minik maşını kanala aşıb, sürücü xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Danayeri kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını yoldan çıxaraq yolun kənarındakı kanala aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov