Tərtərdə hamilə qadın evdə ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonunun Hüsənli kəndində qeydə alınıb.
1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.
Ailə üzvlərinin dediyinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.