Bərdə sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Bərdə RPŞ-dən "Unikal"a verilən xəbərə görə, narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Abbasov Seyfəddin Kazım oğlu saxlanılmış, həmin şəxsin üzərinə baxış zamanı 10 qramdan artiq sellofan bükümdə külli miqdarda narkotik vasitə olan heroin və yaşadığı evə baxış zamanı 2 kq 500 qrama yaxın narkotik vasitə olan heroin və tərəzi, elektron kartlar aşkar olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.