Qar təmizləyərkən yıxılaraq ağır yaralanan alan Hollivud ulduzu Ceremi Renner səhhəti ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, aktyor 32 sümüyünün sındığını vurğulayıb. Bu barədə o, fizioterapiya alarkən çəkilən fotosunu sosial media hesabında paylaşaraq yazıb.
Qeyd edək ki, “Qisasçılar” filminin ulduzu aldığı ağır xəsarətlərə görə helikopterlə xəstəxanaya çatdırılmışdı.