Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 30-da Nikolayev vilayətinə səfər edib.
"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bölgədəki mövcud vəziyyətlə bağlı müşavirə keçirib.
İclas iştirakçıları Ukraynanın cənubundakı əməliyyat vəziyyəti, eləcə də Rusiya Federasiyasının raket və dron hücumlarının nəticələrini müzakirə ediblər.
Onlar həmçinin regionun enerji infrastrukturunu, onun mühafizəsi vasitələri və bərpa işlərinin sürətinə nəzər salıblar.
Ağarza Elçinoğlu