ABŞ dövlət katibi Entoni Blinken yanvarın 30-da İsrailə səfər edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Daha sonra yəhudi dövlətinin Prezidenti İsxak Hersoqla da danışıqlar nəzərdə tutulub: "Bu görüşlərin əsas mövzusunun Fələstin-İsrail münaqişəsinin həlli yollarının tapılması olacağı gözlənilir".
Ağarza Elçinoğlu