İraqın Ənbar əyalətindən Suriyanın Deyr əz-Zor əyalətinə gedən 25 ərzaq yük maşınından ibarət İran karvanı havadan hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, Livanın "Əl-Mayadeen" telekanalının məlumatına görə, hücum Albu Kamal sərhəd-keçid məntəqəsi yaxınlığında baş verib, konvoya üç raket atılıb, lakin yalnız biri yük maşınına düşüb. Tələfat yoxdur.
Konvoyun yalnız humanitar yardım daşıdığı və Suriya rəsmilərindən lazımi hüquqi icazə aldığı təsdiqlənib.