Peruda etiraz aksiyalarında ölənlərin sayı 58-ə çatıb. On nəfər yol-nəqliyyat hadisələri zamanı həlak olub, qalanları isə küçə toqquşmalarının qurbanı olub.
"Unikal" xəbər verir ki, bu məlumatı Peru İnsan Hüquqları üzrə Müvəkkilinin ofisi öz Twitter səhifəsində dərc edib.
“Biz Limadakı son nümayişlər də daxil olmaqla, milli səviyyədə etirazları yaxından izləmişik. Bu günə kimi biz 58 nəfərin öldüyünü təsdiqləyirik”, - Ombudsmanın bəyanatında deyilir. Etirazçılarla polis arasında baş verən toqquşmalarda 1600-dən çox insan xəsarət alıb.
Peruda prezident Pedro Kastillonun hakimiyyətdən kənarlaşdırılmasından sonra regionlar hökumət əleyhinə etirazlara səbəb olub. Nümayişçilər dövlət başçısı Dina Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.