ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Fələstin muxtariyyətinə əlavə 50 milyon dollar ayırmağa hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bunu Fələstin prezidenti Mahmud Abbasla danışıqlardan sonra bəyan edib.
“Birləşmiş Ştatlar UNRWA agentliyinə (Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi) ayrılan vəsaitə əlavə olaraq Fələstinə 50 milyon dollar verəcək”, - Blinken bildirib.
Bundan əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyi bəyan etmişdi ki, ABŞ prezidentinin administrasiyası Ukraynanın enerji sistemi və infrastrukturuna dəstək üçün əlavə 125 milyon dollar ayırmaq üçün Konqreslə işləmək niyyətindədir .