İran yanvarın 28-də İsfahan şəhərində müdafiə kompleksinə edilən hücumda istifadə edilən pilotsuz təyyarələrdən birini kimin hazırladığını müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, İsfahanda hücum zamanı İranın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulan mikro pilotsuz uçuş aparatlarından birinin qalıqlarının texniki analizi təhlükəsizlik təşkilatlarına “dəyərli məlumat” verib.
Hesabatda qeyd olunur ki, təyyarənin gövdəsinin komponentləri, onun mühərrikləri, enerji mənbələri və naviqasiya sistemini təhlil etmək və onları mövcud modellərlə müqayisə etmək ekspertlərə onun istehsalçısını dəqiq müəyyənləşdirməyə və mühüm ipuçlarını üzə çıxarmağa kömək edib.
O, həmçinin qeyd edir ki, kompleks üç il əvvəl bir neçə PUA-nın oxşar hücumuna məruz qalıb və sonuncusu kimi uğursuzluqla nəticələnib.
Qeyd edək ki, yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücum” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. Əl Ərəbiyyə telekanalı İsrailin İrana qarşı hərbi əməliyyatı barədə məlumat yayıb.