Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırova nazir vəzifəsi verib.
"Unikal" xəbər verir ki, bu barədə region rəhbərinin özü məlumat verib.
Kadırov 26 yaşlı qardaşı oğlunun respublikanın əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyinatını Çeçenistan Nazirlər Kabinetinin iclasında təqdim edib.
"Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut etdi", - Kadırov qeyd edib.
Ağarza Elçinoğlu