ABŞ-ın Vermont ştatında orta məktəb basketbol komandaları arasında baş verən davada 60 yaşlı kişi ölüb.

"Unikal" xəbər verir ki, bu barədə TMZ Sports məlumat yayıb .

Hazırda polis faciə ilə bağlı araşdırma aparır. Hadisə Alburqda yerli məktəbin yeddinci və səkkizinci sinif şagirdləri ilə Sent Albansdan qonaq olan komanda arasında basketbol oyunu zamanı baş verib.

Parketin üzərinə qaçan tamaşaçılar arasında dava düşüb. 

Dava iştirakçılarından biri xəsarət alıb o, xəstəxanaya çatdırıldıqdan sonra öldüyü bildirilir. Ölümün səbəbi hələ müəyyən edilməyib.