"Ölkənin Avropa İttifaqına daxil olması onun bu addıma hazırlaşmaqda nə qədər uğurlu olacağından asılı olacaq, lakin sərt müddətlər yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə keçirilən Aİ- Ukrayna sammitində bildirib.
"Avropaya inteqrasiya prosesində sərt son tarixlər yoxdur, bu, bütün şərtlərin yerinə yetirilməsindən asılı olan bir prosesdir" deyə fon der Leyen bildirib.
Bundan əvvəl Bundestaqın Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter Ukraynanın yaxın illərdə Avropa İttifaqına üzv ola bilməyəcəyi ehtimalını irəli sürmüşdü . Onun fikrincə, 5-6 il ərzində üzvlük daha real görünür.
Bundan əvvəl Avropa Komissiyası bildirmişdi ki, Ukrayna Avropa İttifaqına üzv olmağa hazırlığın ilkin mərhələsindədir.