"Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu deyib.
O bildirib ki, İsveç bu minaları bilərəkdən tapdayır: "İstəsə, təmizləyər. Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholm üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq".