Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-7-də Berlində işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb.
Onun sözlərinə görə, Mirzoyanın Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşü olacaq, bundan sonra nazirlər mətbuat konfransı keçirəcəklər.
Səfər çərçivəsində Ararat Mirzoyanın Almaniyanın qanunvericilik orqanları və ekspert icmasının nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Ağarza Elçinoğlu