Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdə ətraf şəhərlərdə də təlafata səbəb olub. Belə ki, indiyə kimi 284 nəfər həyatını itirib, 2 323 nəfər yaralanıb. Dağıntılar altında onlarla insan xilas edilməsini gözləyir.
"Unikal" xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
Belə ki, bununla bağlı "CNN Türk"ə danışan deputat, "İki qardaşım, onların həyat yoldaşları, bacım onu həyat yoldaşı və uşaqları dağıntılar altındadır. Hamı səfərbər olunub", - bildirib.
O, həmçinin, Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.
Gülayə Mecid