Azərbaycanda media subyektlərinə tətbiq edilən vergi güzəştlərinin 3 ildən 5 ilə qədər uzadılması təklif edilir.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə çıxış edib.
O qeyd edib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri media subyektlərinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq. “Hesab edirəm ki, vergi güzəştlərinin 5 il olması media subyektlərinə daha yaxşı imkan yaradar, onlar fəaliyyətlərini daha yaxşı planlaşdıra bilər. Biz də gələcəkdə vergi güzəştlərinin səmərəsin necə olduğunu daha yaxşı görə bilərik”, - deyə o qeyd edib.
Çıxış edən deputatlar Elnur Allahverdiyev və Vüqar Bayramov da bu təklifi dəstəkləyiblər.
Anar Kəlbiyev