“İxtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır. Vergi Məcəlləsinə təklif olunan dəyişiklik medianın əldə etdiyi gəlirləri vergidən azad edəcək, onların gəlirlərini artıracaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır:
"Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, biznesi mediaya reklam verməyə təşviq etsin. Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznes sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür. Biznes təşviq olunmayıncaya qədər, medianın gəlirlərində kəskin artımlar müşahidə olunmaya bilər”.
Anar Kəlbiyev