Ağır yaralanan 8 nəfər qazimiz Türkiyə Respublikasında davam edən müalicələrini tamamlayaraq Vətənə qayıdıb.
"Unikal" xəbər verir ki, onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq 2 il, bir nəfər Cəlal Sadıqov Elfaq oğlunun isə 1 il müddətində davam etdirilib. Təqdim olunan həkim rəyinə əsasən onların müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəsissələrində davam etdiriləcək:
1. Samir Əliyev Daşqın oğlu
2. Elşən Xanəliyev Çingiz oğlu
3. Elmar Nəsirov Elmir oğlu
4. Etiram Musayev Nağı oğlu
5. Valeh İsayev Mehrac oğlu
6. Əzim Qafarov Rafik oğlu
7. Əfsər Ataxanlı Tələt oğlu
8. Calal Sadıqov Elfaq oğlu